e110365

Blog Haqqında

e110365

Axtarış

Açar sözlər

səyahət  ədəbiyyat  van-qoq  muzey  kitab  qahirə  misir  uşaq  amsterdam  paris  şəhər  qadın  sina  ətir  tullantı  elçibəy  istehlakçı-hüquqları  dövlətçilik  nil  müharibə  ann-frank  basqal  robespyer  orsi  ay  avropa  iskəndəriyyə  ekskursiya  rəssam  istanbul  mədəniyyət  sərçə  rəsm  aşura  carnavalet  nəsibə-hüseynova  şəki  rembrandt  bulud  bənəniyar  ekologiya  piramida  qogen  konstitusiya  şok-doktrinası 

Sayqaç

İndi blogda: 3
Keçən ayın hiti: 7585
Dünənki hit: 233
Bugünki hit: 325
Ümumi hit: 46426

Heç bir yazı mövcud deyil.

1
Şəms EL yazıb:

Səyahət? Əladır ki! Çoxlu təəssürat dolu yazı olacaq deməli, ura! Yaxşı yol, əzizim. Bizi unutma, necə ki biz unutmarıq...

Noyabr 17, 2009 9:22

2
AmonRa yazıb:

E!!!!!!!!!!!!!!!!!!!
Hara belə ?!
Yoxsa küsüb gedirsən buralardan?!
(gülürəm...)

Salam!
Xoş gördük!
Burdasan?
Hələ?
(gülür)..

Noyabr 17, 2009 10:11

3
Nino yazıb:

Ugurlar, ezizim! -) Tuluzun sheklini gormedim, demek ki, tezlikle gorushmeyeceyik...
Hedsiz sevincli xeber oldu bu seherçun. Senin getmeyin yox, senin seyahetin...
Ardinca susepenlerin de biri ozumem, unudacagsan, bilirem, xatirlayarsan arada amma...-))
Allah amaninda!!!

Noyabr 17, 2009 11:53

4
3P yazıb:

Məə də apar!

Noyabr 17, 2009 13:49

5
e110365 yazıb:

Salam, əzizlər!

Ötürənlər bir tərəfdə, qarşılayanlar digər tərəfdə toplaşsınlar, xahiş edirəm. Çaşıb qaldım…Haradan haraya yola düşürdüm mən..? Hə, xatırladım.

Səyahət, ŞEL, səyahət…Nəhayət!!! Aha, olacaq. Luvr Muzeyindən sənin üçün xüsusi reportaj hazırlamağı düşünürəm. Görürsən, unutmamışam…Çox sağ ol.

(İstəyir tıqtıqxanımlıq edibən “Çərə belə , çürə belə, sənə nə var hara belə!!! Siz bir buna baxın, bunun dostluğuna baxın!” desin…amma köks ötürərək) Ra, nə sən soruş, nə mən deyim…bir işdir başımıza gəlib. Azeribloq rəhbərliyinin 10 manata bizə sırıdığı üzə görə həftədə azı bir dəfə peşman olmağımız azmış kimi, indi də bir ətək pul xərcləyib astarlıq almağa gedirik. (Gülmə, pis! Bu qədər uzaqlaşmaqmı olarmış?!!)

Çox sağ ol, Nino, su qədər əziz olasan. Məgər sən qarşılayan tərəfdə yer almırsan?!!
Bu “Parisdə ruhçağırma seansından əlini üz!”mü deməkdir..?

3P, sən həmişə mənimləsən! Məgər bilməyirsən?

Noyabr 17, 2009 14:31

6
R. yazıb:

Mən ilk əvvəl 17 noyabr-7dekabrı simvolik qarşıkladım və yadıma 1989 düşdü...
Sonra baxdım ki, deyəsən, düz anlamamışam. E gedir ya da gəlir...
Hər nədirsə, uğur olsun...
Və xoş gördük...
Hamınızsız darıxıram, bilrisiz...

Noyabr 17, 2009 14:41

7
AmonRa yazıb:

E!!!!!!!!!!!
İncitmə məni!
İncimə məndən!

İndiki hələlik burdasan :

Söz tapmıram..
Çalış başa düşəsən...

indicə qədəm qoyuram netə..

"Böyüməyən ağaclar ölkəsində" - hadisədi - AZƏRBAYCAN ƏDƏBİYYATINDA HADİSƏ - Məncə yox, məhz belədi.. Vaxt gələcək biləcəksiniz..

"Qorxma sönməz bu şəfəqlərdə süzən al sancaq" yazısına :

Günəşi söndürə bilməz ki yağan yağmurlar
Onun altında gəzən kinli buludlar - cahil...
Millətin ruhuna memar olamaz məmurlar
onların yapdığı qumdan qalalar, yer - sahil..

Bir kiçik dalğa bəs eylər ki həmən qərq olalar
mütəəssir cocuqlar kimi göz yaşlarına
Amma əfsus, səd əfsus macal tapmazlar,
"Tarixi-Nadir"i həkk etməyə yaddaşlarına...

Burdasan?

Noyabr 17, 2009 14:46

8
3P yazıb:

Sənin gözlərinən Avropa maralıdır... Amma sənin gözlərindən "Bəyazıt" meydanı daha maraqlıdır...

Mən səbrsizliklə gözləyirəm!

Noyabr 17, 2009 15:16

9
Şəms EL yazıb:

E, birdənəsən də! Bir bax, menim eksponat olaraq yaxşı görünəcəyim bir künc varmi oralarda, varsa, qeyd elə, lazım olacaq...))

Noyabr 17, 2009 15:38

10
Nino yazıb:

Bu degige sen Parise ne geder uzagsansa, men de bir o geder "yaxin"am..-))
Isterdim ora gelim ve gorushek. Alinmaz amma...

Noyabr 17, 2009 16:15

11
R. yazıb:

Parisdən nə arzulamaq olar? Mənə parisdən çoxlu şəkil... Senanı da mütləq çək...
Uğurlar

Noyabr 17, 2009 16:46

12
AmonRa yazıb:

Sənə yaxşı yol, E!
Uğur yanınca adımmlasın bütün səfər boyu... Və necə almışdısa eləcə də təhvil versin bizlərə...
darıxacağıq demək artıqdı..
Görüşənədək...

Noyabr 17, 2009 16:54

13
e110365 yazıb:

R., “bir çox gedən məmnun ki yerindən…dönən yox səfərindən…” olmayacaq. Qayıdacağam. Fotolar da olacaq.

Ra, buradaydım…Ağlayırdım…Belə eləmə…Bu qədər vaxt təriflənmək üçün səbirsizləndiyimi düşünəcəklər…Sən ki belə olmadığını bilirsən…Çox sağ ol. Arzun gerçək olsun.

Eh, 3P, bir nəfər də demədi ki, rədd olsun Avropa, Asiya, külli-aləm, sənin gözlərindən maraqlı ki deyil…

ŞEL, görək…

Nino, başqa zamana, başqa məkana qalsın elə isə...

Hələ getmədən darıxmağa başladım...

Allaha və bir-birinizə əmanət olun, uşaqlar!

Hələlik!

Noyabr 17, 2009 19:03

14
R. yazıb:

Görəsən indi hardasan?)))
Səfər necə keçir?
darıxırıq)))

Noyabr 23, 2009 15:36

15
J. yazıb:

A dostlar, bu E-miz niyə gəlməz oldu
Üzdü getdi Senanı, görünməz oldu...

Noyabr 24, 2009 11:30

16
Nino yazıb:

Nomre de goymadi, heç olmasa zeng edim...

Noyabr 26, 2009 23:24

17
Şəms EL yazıb:

Başı qarışıb Luvr`da mənimçün künc axtarmağa, asan iş deyil...))

Noyabr 27, 2009 9:12

18
e110365 yazıb:

Salam, qizlar!
Mensiz gunleriniz nece kechir?
Geldim yazim ki, narahat olmayasiniz, yaxshiyam.
Her shey haqqinda qayidandan sonra...
Opurem.

P.S. Oglanlari opmurem, amma onlara da salam! (gulumseyir)

Yagish kesdi...gedirem gezmeye...

Noyabr 27, 2009 12:29

19
rafael_guitarist yazıb:

E, gec də olsa gəldim mən də - inşAllah səfərin uğurlu keçir :-)

Hərmətlə,
Mən :-)

Noyabr 30, 2009 18:56

20
e110365 yazıb:

Raaaf, sen ele hemishe gec ve xosh gelirsen.

Rembrandt bu gun menden done-done xahish etdi ki, sene mexsusi salamlarini chatdirim. Dedim ki, arxayin ol, chatdiraram, amma daha ne vaxt alar senin salamini, bilmirem.

Noyabr 30, 2009 20:29

21
rafael_guitarist yazıb:

:-)))))))))))
Dünən Nino`ya şikayətlənirdim ki, E`nin bloguna şərh yaza bilmirəm (İP`mi blok edib grin)
Bu gün baxdım ki yazım artıq çıxıbdı :-)))

Salama görə çox sağ ol

Özün də sağ-salamat gəl :-*

Dekabr 1, 2009 15:01

22
R. yazıb:

Dünən yerin daha çox göründü - art kafedəydik. gələn kimi səninlə də görüşərik orada hə?

Dekabr 2, 2009 15:19

23
e110365 yazıb:

Hamiya salam.

Raf, hech shubhesiz, Nino shikayetine cavab olaraq, seyahetin shirinliyine bloqa gonderilen spamlari silmekle agu qatmamaq uchun sherh yoxlanilmasi funksiyasinin ishe salindigini bildirib.

Chox sag ol. Sag-salamat qayitmaga chalishiram. Herchend, chekide itirmishem...

R., niye? Chayin yaninda yemeli bir shey yox idi?

Gelen kimi mumkun olmayacaq. Yeqin bir muddet sonra...

Ra, burdasan?

Dekabr 3, 2009 1:03

24
e110365 yazıb:

Deyəsən, qarşılamağa kimsə gəlməyib...

Dekabr 7, 2009 14:47

25
Şəms EL yazıb:

Gec də olsa, mən gəldim! Bağışla gecikdiyimçün, sadəcə belə alındı.. sad

Xoş gəlmisən, Əzizim!

Dekabr 7, 2009 15:44

26
e110365 yazıb:

Xoş gördük, əziz ŞEL! Ümid edirəm ki, yaxşısan.

Əsas odur ki, buradasan. Gəl, səni Belçika şokoladlarına qonaq edim.

Vaxtım olan kimi səni maraqlandıran fotoları yerləşdirəcəyəm.

Dekabr 7, 2009 18:03

27
Şəms EL yazıb:

Belçika şokoladı, mmmm, dadlı olsa gərək...))

Fotoları isə əlbəttə ki, səbirsizliklə gözləyirəm!

Nə yaxşı ki, gəldin, burdasan!

Dekabr 8, 2009 11:06

28
AmonRa yazıb:

Salam, E.!!!
Xoş gördük, xoş gəldin...

Baxmayaraq ki gedəndə küsdürüb getdin...
Yox mən Belçika şokoladı-filan istəmirəm, başımı qatmağa cəhd etmə, alınmaz..
Fotolar da, bir elə marağımda deyil..
Sözlərinin rəngi lazımdır mənə(yəqin elə hamıya da..), "boxça"nda nə var göstər görüm?...

Dekabr 8, 2009 16:47

29
AmonRa yazıb:

EEEEEEE !!!!!!!

(fikrən: Eşitmirmi? Niyə hay vermir görən? Küsüb yenidən geri qayıtmış olmasın, qarşılamağa kimsə gəlməyib deyə!! Yox əşşi, bircə bu qalmışdı...)

EEEEEE !!!!!

Dekabr 8, 2009 17:26

30
e110365 yazıb:

Raaaa!

Xoş gördük! Xoş gününə gəlim.

Haqlısan...Günahkaram...

Boxçamı açmağa elə qorxuram ki...Ağzınızın dadını bilirəm axı...

Hamıya salam. Hamıya...

Dekabr 8, 2009 18:06

31
J. yazıb:

Günəş də E ilə birgə çıxdı nəsə...-)))

Qədəmlərin mübarək...

Dekabr 8, 2009 19:16

32
Şəms EL yazıb:

Boxçanda nə olsa qəbulumuzdur, E`can! ))

Dekabr 9, 2009 11:28

33
R. yazıb:

Salam, xoş gəldin...
Bağışla, qarşılaya bilmədim, turnem vardı)). İnşallah, görüşərik...
Ah, Belçika şokoladları (məni onlarla aldada bilərsən))), amma bitən kimi mən də yazı istəyəcəm, biləsən)?! İçlikli və ya ağ şokoladları sevirəm. Qaralar mənlik deyil)))
Əvvəlcə, qısa anons ver – boğçadakılar nə tipdədir?

Dekabr 9, 2009 16:14

34
AmonRa yazıb:

E., burdasan?!

Dekabr 10, 2009 17:08

35
Şəms EL yazıb:

Nəhayət ki, düzəldi bu Azeriblog.

E`can, gəl görək, nigaran qalmışdıq lap!

Dekabr 18, 2009 12:25

36
e110365 yazıb:

Burdayam, Ra, burdayam. Gedəsi yerim yoxdur ki.

Bəs siz? Necəsiniz, uşaqlar? Yamanca darıxmışam sizinçün.

ŞEL, 1 hefte hesaba daxil ola bilməyəcəyik. Ürəyimizi şərhlərdə boşaldarıq.

P.S. Fərhadın serveri köçürməyi lap xəlbirdə su daşımağa bənzəyir.

Dekabr 18, 2009 12:26

37
Şəms EL yazıb:

smile Ehh, dəhşətdir.

İndidən 6 yazı qoy, günə birini...))

Dekabr 18, 2009 12:41

38
e110365 yazıb:

Salam.

Elə demə, ŞEL, hərdən işləmək də lazımdır axı. Var olsun Fərhad şərait yaradır.

Necəsiniz, uşaqlar?
Daha keçib, köhnə yazılardan hələ oxumadıqlarınız varsa, onlarla təsəlli tapın, gələn həftədən etibarən "Avropa Gündəlikləri" sərəncamınıza veriləcək.

Dekabr 22, 2009 17:08

39
Şəms EL yazıb:

Hələ çox darıxmağa qoyacaq bizi bu Azəriblog?!

Dekabr 25, 2009 17:40

40
e110365 yazıb:

Salam, uşaqlar! Necəsiniz?

Yaxın gəlin, əzizlər, yaxın gəlin. Doyunca söhbətləşək. Eh, 2010-cu ildə nələr olacağını bilmirsiniz.

Məni intihar həddinə çatdırma maddəsilə ittiham edərək həbs edəcəklər. Çünki, məlum olacaq ki, ağayi Əsgər (Fərhad) Əsgərzadə, zənn edilənin əksinə, şərəf sahibidir və e110365-in e-məktubunu aldıqdan sonra intihar etmişdir. Onun cansız cəsədini aşkar edən hüquq mühafizəçiləri hər müəmmalı ölüm hadisəsində etdikləri kimi mənzildəki əşyaları qurdalayıb, kompüterdəki qovluqlarda eşələnərək ipucları axtaracaq və beləliklə, mənim izimə düşəcəklər. Vəssalam. Beləliklə də ömrümün 33-cü Novruzunu İranı qarış-qarış dolaşaraq keçirmək planım baş tutmayacaq, əvəzində alnımı həbsxana pəncərəsinin soyuq barmaqlıqlarına söykəyərək Jalənin, o vaxta qədər hazırlamağı öyrənəcəyinə ümid bəslədiyim, şirniyyat sovqatıyla görüşümə gəlməsini gözləyəcəyəm. Vəkilim 3P-nin cəzamın yüngülləşdirilməsi üçün cəhdlərinə kədərli təbəssümlə cavab verəcək və müdrikcəsinə susacağam, hərçənd Ona qarşı həssaslığım nəzərə alınsa, məğrurluğumun uzun müddətli olmamaq ehtimalı böyükdür. Çox güman, mən nəhayət, onun boynuna sarılaraq hönkür-hönkür ağlayacağam.

Əzizlər, işdir əgər yuxarıdakılar gerçəkləşməsə, inanıram ki, yeni ildə maneələri aşıb, sizinlə bir yerdə olmaq üçün yollar tapa biləcəyəm.

2009 mənim və ailəm üçün uğurlu və yaddaqalan idi. 2010 da elə olsun hər birimiz üçün. Bu səhər 2010-cu ilin ilk hədiyyəsinin göndərildiyini və qısa müddətdə əlimdə olacağını öyrəndiyim üçün hədsiz xoşbəxtəm.

Sabah Ən Gözəl Yeni İl Hədiyyəsi olan sevgili Dilaranın ad günüdür. Onun üçün xüsusi təbrik yazısı olmasını istərdim bloqumda. Amma bir halda ki, məndən asılı olmayan səbəblərə görə bu, mümkün deyil, Dilara, təbriklərimi buradan qəbul et və qoy sənə görə kirpiklərimdən həmişə xoşbəxtlik damlasın, əzizim!

Hər qısa və uzumüddətli ayrılıq öncəsində olduğu kimi bu dəfə də sağollaşıram və Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edirəm hər birinizi!
“Azərbaycan” adını daşıdığına görə vətəndaşlığından və üzvlüyündən imtina etməyə könlümüzün razı olmadığı real və virtual məkanlarda olmaqdan utanmayacağımız günlər görək!

Hələlik!

Dekabr 30, 2009 14:40

41
Şəms EL yazıb:

E, 33-cü Novruz haqqında planlarında ciddisən? Mən də istərdim...

Mən də səni təbrik edir, 2010-un 2009-dan da uğurlu olmasını arzu edirəm.

2010`da görüşənədək...

Dekabr 30, 2009 17:26

42
Fərhad yazıb:

E yeni iliniz mübarək olsun. 40-cu şərhdə çox əla yazmısan lol mən artıq neçə vaxtdır ki kəfənimi özümlə gədirirəm. sizi bebilə əsəbləşdirdiyim üçün çox üzgünəm. başqalarınıda sizin kimi əsəbləşdirmişəm. amma inşallah daha elə olmaz.
bəzi səbəblərini burda Ninonın vidalaşma yazısında yazmışam:
http://nino.azeriblog.com/2009/11/30/chixish-qapisi-ve-ya-son

yeni ildə sizə və digər dostlara xoş günlər arzulayıram. uğurlar

Yanvar 3, 2010 12:02

43
e110365 yazıb:

Salam, uşaqlar!

Nino, bu səssiz gəlişin, səssiz gedişin səbəbi nədir?

ŞEL, heç gözləməzdim səndən. Mən nə vaxt qeyri-ciddi olmuşam ki? Fərhad sağ olduğuna görə İrana da gedə bilərik, Turana da.
Çox sağ ol! Arzum - 2010-cu ildə ikimiz də əmzikli şüşə üzlükləri sifarişiylə Ana Pandanın yeni evinin qapısını döyək.

Təşəkkür edirəm, Fərhad. Ninonun məkanı artıq fəaliyyət göstərmədiyi üçün oxuya bilmədim yazdıqlarınızı, amma "Sahil"inizə baş çəkdim. Yenə yeni serverdən, əlavə funksiyalardan bəhs etmisiniz.
Azeribloq istifadəçilərinin etibarını yenidən qazanmaq ehtimalınız olduğuna inanmaq istəyirəm, hərçənd bu günədək nümayiş etdirdiyiniz qeyri-peşəkarlığın bənzərinə nadir rastlanar.

Nə bu ölkədən, nə də bu bloq sistemindən çıxıb getməyi düşünürəm. Odur ki, layihənizin yaşaması, fasiləsiz və keyfiyyətli xidmət göstərməsi üçün maliyyə vəsaitləri və professional texniki heyət cəlb etməyin etik yollarını axtarıb tapmağı dostca məsləhət görürəm. Bir daha Sizə bu mövzuda yazmamaq arzusuyla,

e110365

Yanvar 5, 2010 16:34

44
Nino yazıb:

Senin sessizliyinden sonra menim sukutum niye geribe gorunsun ki, E.?

Ferhad bacardigindan ya bacarmadigi sahelerin emellerinde buraxdigi gusur baximindan blogumu baglayarken ganun pozuntusu oldugunu vurguladi. Onuncun yazilmish her bir sozun havaya buraxilmish gulle kimi ehemiyyetsiz oldugunu dushunduyum halda menimcun bu bele olmadigini vurgulamagi ve blgoumda heç bir ganun pozuntusunun yashanmadigini demeyi borc bilirem. Ferhad AnaPanda uçun "redd olsun, getsin" ifadesini ishledenden sonra men parolumu ona verdim ve bildirdim ki, serhedde dayanmagi bacarmayan istenilen biri uçun men yoxam. O da bu parolu deyisherek blog fealiyyetini dondurmag evezine ganun pozuntusu yazib bagladi orani. Menim dushunduyumu bilmek istesen, orda Ferhad hagda yazilarim vardi ve onlarin yayimlanmamasi ureyince oldu adminin, deyerdim. Amma efsuslar olsun ki, bu geribe ganunlarla doyunen blog shebekesinde mentigli gerara rast gelmek ozu mentigsizlik gurbanidir.
Uzatmiram, E. Bu blogun mene ne geder dogma oldugunu, onu ne geder ezizlediyimi, sevdiyimi sen bilirdin. Hagsizcasina aldilar elimden onu. Gaytarmagi teklif etdiler, yene de haggimi tapdalayarag.
Ferhada xususi teshekkur bizi "azeri" adi olan mekanlardan bir daha hurkutduyu uçun.
Sene ise ugurlar. Menim yene blogum var, yene yaziram, yene sevinib sevindirmek hevesindeyem...-)

Yanvar 5, 2010 17:45

45
Fərhad yazıb:

Nino:
Siz qaydaları pozmadınız amma sizin blogdaki yazıda başqa bir istifadəçi qaydaları pozmışdi. sizə email göndərib istədik ki o şərhləri yazınızdan siləsiz. siz bunun yerinə hesabınızın parolun şərh kimi bloqınızda yerləşdirib bloqınızın məsuliyyətin mənə bıraxdınız. biz heç kimin hesabına daxil olmuruq, bizə heç kimin şifrəsi lazim deyil. problem olan zaman istifadəçiyə email atıb onda tələb edirik. siz bizim tələbi yerinə yetirmədiz. və hesabınız bağlandı.

qaldı yazıbsız ki bloqınızı çox sevirsiz. və filan. amma bloqınzın bütün yazıların silmişdınız. sizə təklif etdim ki siz qaydaları yerinə yetirin sizin sildiyiniz bütün yazılarıda yenidən bərpa edərəm amma siz dediniz yox, xudahafiz. indi sonradan nə olub sizə! özünüz belə istədiz.
başqa bir istifadəçinin bloqınıda sizə cavab yazmaq istəməzdim amma sual burda oldıqı üçün, şübhəli olmadıqı üçün açıqlamaya məcbur qaldım.
E bağışlayın lütfən

Yanvar 6, 2010 11:03

46
e110365 yazıb:

Sabahınız xeyir.

Nino, Fərhad, narahat olmayın, yaza bilərsiniz burada.

Nino, məkanını necə sevdiyini bilirəm, yazılarına hamısını köçürüb saxlayacaq qədər dəyər verən oxucuların olduğunu da. Şübhə etmirəm ki, ürəyincə bir yer tapıb əvvəlki kimi sevinə və sevindirə biləcəksən. Yeni ünvanını niyə bildirmirsən? Olmaya məni mehman etmək istəmirsən?

Fərhad, Nino yazılarını silməmişdi, “gözləmə” mövqeyinə alaraq gizlətmişdi. (Bölmələrdə yazıların sayı dəyişməz olaraq qalırdı.) Bunu mən bilirdimsə, administrator kimi siz də bilməliydiniz. Nino səbirsiz və tezküsəyən ola bilər, amma dəyər verdiklərilə bağlı düşünülməmiş addımlar atmayacağına əminəm. Vətəndən uzaqda olan Onun və Ana Pandanın sərt mövqeyini başa düşmək mümkündür, onlar burada daha çox vaxt keçirirlər. Üstəlik tələblərində də haqlıdırlar. Sizə bəraət qazandırmaq isə mümkünsüz. Axı Azeribloqda ÖZünü ortaya qoyan keyfiyyətli və faydalı bloq sayı 10-u keçmir. Başınızın tacı etmək əvəzinə o bloqların sahiblərini itirməyi seçməyiniz yenə qeyri-peşəkarlıqdır, inciməyin.

Nə deyim...Məkanlar insanlarıyla dəyərlidir.

AmonRa, “Etüd”ə bir gəldin, pir gəldin. “Cafe110365”ə nə gəlməz oldun?

Yanvar 6, 2010 12:03

47
Şəms EL yazıb:

E, mən Təbrizi görməyi elə çox istəyirəm ki! ))

Arzuna isə "Amin" deyirəm, hətta Ana Panda`nın qapısını döyməyə artıq hazır olduğumu da bildirirəm. İnşAllah 2010-un yayında dünyanın ən xoşbəxt bibisi olacam...))

Yanvar 6, 2010 12:07

48
Fərhad yazıb:

E. mən kimsəni gözləmirəm. istifadəçiləri itirmədən narahat oluram (Nino kimi istifadəçilər) amma kimsiyə qalmaq üçün yalvarmaram.
Saytın çoxlu problemləridə var düz amma saytda kifayət qədərdə imkanlar var. hər yerdə yazdıqım kimi saytdan inciyənlər və əsəbləşən istifadəçilər haqlıdılar. amma kimsəyə icazə vermərəm AzəriBlog saytında tənqid adila məni və saytı təhqir etsin. siz tənqid edirsiz haqlısız, başqalarıda tənqid üçün azad. amma kimsədən 10 manat verdiyi üçün təhqir və təhdid qəbul etmərəm.Bu sözimdə qətiəm.
Ninonın yazılarını başqa yerə köçürməsi dedi mənə. inşallah istədiyi yeri və onun istəklərilə uyğun olanı tapar. Nino üçün yeni məkanında uğurlar deyirəm

Bilirəm ki saytda problemlər və nasazlığlar olub və istifadəçilər inciyiblər. keçmiş üçün üzr istəməkdən başqa, əlimdən bir iş gəlmir və əlbəttə keçmiş təcrübələrdən gəlcəkdə istifadə etmək lazimdir.

daha bu sözləri unutmağa çalışacam və öz işimlə məşğul olacam. kimsənin sabahdan xəbəri yoxdur istiyəm sabaha, qalan və sonrakı istifadəçilərə, AzəriBloga və özümə inanım.

Yanvar 6, 2010 14:01

49
Nino yazıb:

E xanimin yeni yazisi var. Oxumaga telesdiyim uçun meni anladigina gore teshekkurum gisa surecek.
Ferhadla aramizda heç bir problem galmadi. Mailde uzun-uzadi danishdig ve sonda melum oldu ki, bir-birimizi heç anlamirig. Menim vetendashlig movgeyim kimi blogçulug nogteyi nezerim eynidir. Yeni ganunlari pozmadigim tegdirde bashçinin kim ve neçi olmasi esla maraglandirmaz.
E , teshekkurum sebebi o idi ki, meni hegigeten gozel anladin. O yazilari silecek geder geddar gelb sahibi deyilem. Chapolunma tarixini çox uzaglara goydum sadece. Lakin adminin sayesinde onlar bu gun yoxdurlar. Ozumde birce yazi bele yoxdur eger bashga mekanlara vaxtile copy-paste etmemishemse. Amma en sevimli oxucu dostlarimda var. Istediyim zaman sherhlere geder goture bilerem onlardan.
Ve eyni yazilari bashga bir mekana tezeden koçurecek geder de maragsiz strategiyam yoxdur, olmaz da.
Azeriblogun yegane Ninosu menem. Bu deyishmeyecek.))

Yanvar 6, 2010 15:27

50
e110365 yazıb:

ŞEL, Şəmsin doğduğu şəhərdir, görülməyə dəyməzmi!

Təbrik edirəm! Bizim də ailəmizin Pələng ilində növbəti Şirlə genişlənməsi səbirsizliklə gözlənilir.

Fərhad, Ana Pandanın da bloqunu bağlamısınız. Çox məyusam.

Nino, Ana Pandanın yeni ünvanı sənə məlumdursa, xahiş edirəm, bildir.

Yanvar 8, 2010 13:36

51
Şəms EL yazıb:

Mən də təbrik edirəm, E! Sağ-salamat inşAllah.

Yuxarıdakı hekayəni hələ də oxuya bilməmişəm. Sakit bir vaxt tapan kimi rahat-rahat oxuyacam və yazacam şərh.

Yanvar 8, 2010 14:50