e110365

Blog Haqqında

e110365

Axtarış

Açar sözlər

səyahət  ədəbiyyat  van-qoq  muzey  kitab  qahirə  misir  uşaq  amsterdam  paris  şəhər  qadın  sina  ətir  tullantı  elçibəy  istehlakçı-hüquqları  dövlətçilik  nil  müharibə  ann-frank  basqal  robespyer  orsi  ay  avropa  iskəndəriyyə  ekskursiya  rəssam  istanbul  mədəniyyət  sərçə  rəsm  aşura  carnavalet  nəsibə-hüseynova  şəki  rembrandt  bulud  bənəniyar  ekologiya  piramida  qogen  konstitusiya  şok-doktrinası 

Sayqaç

İndi blogda: 3
Keçən ayın hiti: 7585
Dünənki hit: 233
Bugünki hit: 322
Ümumi hit: 46423

Bir elan və ya Səndən sonra O var!

Noyabr 5, 2009 11:57 Yazar: e110365

Əziz dostlar və (öhö-öhö) dost olmayanlar!

Xatırlayırsınızsa, uzaq iyun ayının 30-da ilk dəfə Café110365-də Rəbiqə Nazimqızının “Sənə Qədər” adlı şeir kitabının 4 nüsxəsi üçün auksion təşkil etmişdik.


Üstümüzdən dağ götürülmüş kimi bildiririk ki, kitablar AmonRa, Nuranə, Arami və Filosofa təqdim edilmək üçün dünən təntənəli şəkildə imzalanmışlar.

Filosof və Arami öz kitablarını ən yaxın zamanda əllərinə ala biləcəklər. Eyni sözü AmonRa və Nuranəyə də vermək istərdim...

Bu gün Müəllifin ad günüdür. Ən yaxşı əsərini – Aynuru ərsəyə gətirmiş birinə nə arzu edək? Ən yaxşı əsəriylə tanınmaq xoşbəxt olmaq üçün kifayət etməli...

Aynurdan muğayat və xoşbəxt ol, R.!  

Café110365 | Şərhlər(19) | 311 baxış


1
Şəms EL yazıb:

Hə, sevimli Əqrəb, Rəbişka, ad günün mübarək!

Noyabr 5, 2009 12:10

2
J. yazıb:

Sevimli nədi, Əqrəb nədi?)))))))

Heç nədən və heç kimdən bezməməyi arzulayıram Rəbiqə üçün!

Onu xoşbəxt edəcək adamların çoxluğunu istəyirəm...

Noyabr 5, 2009 12:40

3
3P yazıb:

Salam, Quzum razz

Rəbiqə, mən də səni təbrik edir, diqqətlə izlədiyim "Qobustan"ın, "Körpü"nün "Ulduz"un səhifələrində yeni-yeni yaradıcılıq uğurları arzulayıram...

Noyabr 5, 2009 13:54

4
filosof yazıb:

Salam!
Bu gün Rəbiqənin şerlər kitabını mənə bir kuryer vasitəsi ilə müvəffəqiyyətlə çatdırdılar. Müəllifin imzasıyla. razz Yarısını artıq oxumuşam.

E.bizi əməlli-başlı xəcalətli etdi. redface Allah razı olsun.

Rəbiqəyə isə, bu narahat, bəzən aşırı emosional qadına və dərin, gözlənilməz müşahidələr dolu şerlər yazan şairəyə hüzur və səadət arzulayıram. smile

Noyabr 5, 2009 23:53

5
R yazıb:

Salam E.
Əllərin nə qədər yüngülmüş.
İlk dəfəydi ki, bu qədər çoxlu hədiyyə Alırdim. Həm də 30 illik müddətdə ən yaxşılarını, qiymətlilərini – çünki ən çox sevdiklərimdən gəlirdi hamısı...
İkincini AmonRadan.
Sonuncunu Aynurdan aldım – mənə gözəl bir rəsm çəkmişdi...
Təbriklər üçün təşəkkür, Şəms EL!
J., tutunu adını Reşka qoydum)). Hələlik yaxşıdı. Axşam ona yem alacam... "Onu xoşbəxt edəcək adamların çoxluğunu istəyirəm...” Çoxdular, J. Amma mən axmaq kimi onlara inanmaq istəmirəm bəzən((...
3P, çox sağ ol. "Körpü" bağlanıb, "Qobustan"la əlqaəm yoxdu, "Ulduz"a da iki-üç dəfə düşmüşəm...

Filosof, çox təşəkkür. Ümid edirəm yorulmursuz. Necə dəqiqi tutmusunuz (narahat, bəzən aşırı emosionallığı deyirəm). Bir də sağ olun...

Noyabr 6, 2009 13:53

6
e110365 yazıb:

Salaaaam, salaaaam.

R., vallah, tərifləmək kimi olmasın, əlim də yüngüldür, ayağım da. (J. bunun şahidi olacaq.) Gözəl-göyçək, ağıllı-kamallı, biş-düşlü bir qızam. Bilmirəm bu oğlanlar hara baxırlar.

3P, elə sənin bu xitablarının ucbatından evdə qalmışam. Ürkütmə camaatı.

J., mənim doğum günümə poni hədiyyə edəcəksən. Unutmamısan ki?

Filosof, uzaqları yaxın etmək xoşdur. Koniyə salamlar!

ŞEL, Ninogildə sitəm etmişəm.

Noyabr 6, 2009 14:23

7
3P yazıb:

e110365 xanım, "evdə qalmaq" sözü haqqında Elif Şafakın "Siyah Süd"də bir şərhi vardı... Yadındadı?

Noyabr 6, 2009 16:04

8
e110365 yazıb:

Elif Şafak. Siyah Süt

Evde Kalmış Kız Manifestosu

1. `Yalnızlık Allah`a mahsustur` diyerek her insanı evliliğe mecbur bırakmak, insanoğlunun geliştirdiği en büyük aldatmacalardan biridir. Nuh`un Gemisi`ne çiftler halinde bindik diye, tüm yolculuğu çiftler halinde yapmak zorunda değiliz.

2. Nasıl oluyor da tüm geleneksel toplumlarda, evlenmeyip de kendini ibadetine ya da mesleğine adayan insanlar herkesten saygı gördüğü halde, günümüz toplumunda `evde kalmak` acınası bir durum sayılmakta?

3. Ve nasıl oluyor da evlilik bir kadın ile bir erkek gerektirdiği halde, `evde kalmak` tabiri sadece kadınlar için kullanılıyor.

4. Bir kadın eğer hiç evlenmemişse ve sürekli iş/aşk/şehir değiştirmişse, bir yerde sabit kalmamışsa onun için de `evde kalmış` mı demeli? Yoksa `otelde kalmış`, `seyahatte kalmış`, `gurbette kalmış` gibi yeni tanımlamalara ihtiyaç mı var?

5. `Evde/otelde/seyahatte/gurbette kalan` kadınlara itibarları iade edilmeli. Onlar, tıpkı premodern zamanın münzevileri gibi pirüpak sayılmalı, saygı görmeli.

6. `Yuvayı dişi kuş yapar` lafı yanılsamadır. Çünkü her dişi kuş her mevsim yeni bir yuva yapa yapa yaşayıp gider. Kurduğu kadar terk etmesini de bilerek. Ömür boyu aynı yuvada kalan kuş yoktur!

7. Göç ve göçebelik, değişim ve değişkenlik bir hayatın elifba`sıdır. Öyleyse biz kadınlar ne bir yastıkta kocamak zorundayız, ne gökten düşecek elmaları beklemek...

8. İlla da evlilik/yuva metaforuyla konuşmak gerekiyorsa, diyebilirim ki `edebiyat (ya da kariyerim) benim kocam, kitaplarım da çocuklarım.` Bu durumda evlenip çocuk yapmaya kalkmam ancak edebiyatı boşayarak ya da onun üzerine kuma getirerek olur.

9. Edebiyatı boşamak söz konusu olamayacağına ve hiçbir koca adayı bir başkasının üstüne `kuma` gelmeyi kabullenemeyeceğine göre demek ki ebediyyen evde kalmış kızım!

10. İş bu yazı da benim manifestom.

Noyabr 6, 2009 16:40

9
Şəms EL yazıb:

E, oxudum, utandım. Mütləq, aktivləşdirəcəm. Bir müddət sonra. İndi işlərimi səliqə-səhmana salmaqla məşğulam. Bİrcə qurtulasydım bu iş həyatından...))

Noyabr 6, 2009 16:40

10
R. yazıb:

Bir də salam, E.
Srağagün AmonRa yadıma saldı ki, bir gün əvvəl sənə ünvanladığı müraciəti ünvanına yetirməyi unutmuşam.
Noyabrın 3-də sənin ondan "incimək" jestindən sonra müəllif mənə məktubunda sənə müraciət edərək yazırdı:

"Deyəsən köhnəldim, toz basdı məni
Daha salamım da "quruyur" mənim
Mənsə düşünürdüm bir gün olmasam
dostlar köhnəlməkdən qoruyar məni))))

Bu zarafatdı ha, əsla inciklik-filan deyil...
Hamınızı sevirəm və heç vaxt unutmuram...
Bir başım ayılsaydı...."


belə... Ra sonra şifahi şəkildə də çox şey dedi, o qədər şey deməyi tapşırdı ki (sənə, Sevincə, Zahirə, J-yə) ki, b\əzilərini unutdum)))

Noyabr 6, 2009 16:47

11
R. yazıb:

Mənim blogum da aktivdir artıq.
AmonRa sağ olsun)))

Noyabr 6, 2009 16:48

12
e110365 yazıb:

Raaaaa, bizim də poçt ünvanımız var e.
Elə sözlü, həm də məşğulsansa Rəbiqəyə e-məktub ünvanlayanda bizim adlarımızı "Bcc:" qrafasında qeyd et.
Yaxşı, zarafat edirəm, "Cc:"də.
İşlərində uğurlar! Gözləyirik!

ŞEL, sənə və AmonRaya baxanda adam hakimiyyət nümayəndələrinin iqtisadi böhranın Azərbaycanı vurmadığına dair bəyanatlarına inanmaq istəyir.

R., olmadı ki! "Etüd" üçün keksi də mən hazırlayım, yazını da?!! Bir halda ki, bloqun aktivdir, özün yaz.

Noyabr 6, 2009 17:15

13
R. yazıb:

e110365 yazıb:

E, sən deyəsən, mənim dəli qısqancılığımı unutmusan e.
Məsələ AmonRanı qısqanmaqda deyil, həm də səndədir. J-dən soruş, mənim onunla Sevincion privat söhbətlərinindən necə dəli olduğumu desin)))...
O zaman mətn yalnız bazar ertəsi olacaq)))

Noyabr 6, 2009 17:42

14
J. yazıb:

Əziz E!
Salam olsun sənə və hamıya!
Hadisələr gözlənilməz məcraya yönəlməkdədir. Keksin, necə deyərlər, etkisi hala sürməkdə. Bizim gənc rəssam peraşkidən sonra fikrində daha da möhkəmlənməkdə. Və öncə diqqət çəkən "arıq qız" deyiminə sevgilərlə söylənən "qəşəng və keks gətirən qız" da əlavə olunmaqdadır. Və hətta yaxın dostla çatılmış qaşlar altında keksin və peraşkinin başqası tərəfindən tərif edilməsinə qarşı çıxıldığı bəlli olan söhbət də baş vermişdir!

Mübarəkdir! grin

PS. Ahh, sizin ürəyinizə gedən bu yol!

Noyabr 9, 2009 11:05

15
e110365 yazıb:

Salam, əzizlər!

R., yaxşı, bir halda ki dəli olursan, Çılğınla zəngləşdiyimizi deməyim sənə. Yazıyla məşğul ol. Bazar ertəsidir axı.

Çılğın, bu dəfə necə, alındı?

J., ehhh, cini lampadan sən çıxardın...Gözdən uzaq, könüldən iraqdım...
(gülümsəyir) Bütün etüdlülərə salam və ehtiram.

Gördün, 3P, mən bir kekslə nə könüllər fəth etdim?!!

Noyabr 9, 2009 13:02

16
Şəms EL yazıb:

Yuxarıdakılardan bir şey anladımsa...))

Belə başa düşdüm ki, Rəbişkaya ad günü hədiyyəsi olaraq görüş, tədbir filan olub? Rəbişka, sən də forumda bunu nəzərdə tutmusan? Əgər belədirsə, mənim heç nədən xəbərim olmayıb... smile

Noyabr 9, 2009 14:07

17
R. yazıb:

Salam hamiya.
J., ?
Mən də keks bişirəcəm o zaman daha dadlısını))))

E, J. Özü yazıb qısaca. Məndə bir az vaxt pr var – E.Zalın (daha doğrusu, bizim) yeni jurnal üçün yazılar hazırlamalıyam...
Qısaca deyim ki, Sevincin keksi də super idi. Sevinc gələn dəfə ikisini bişir)))

Şəms EL, J-nin mektubu sene chatmayib?

Noyabr 9, 2009 14:28

18
Şəms EL yazıb:

Yox, Rəbişka, mən kimsədən məktub filan almamışam. Göndərilibsə də mənə gəlib çatmayıb. Həm hansı ünvana göndərilib, bunu belə bilmirəm ki...

Noyabr 9, 2009 14:47

19
Chilgin yazıb:

Həəəə smile
alındı, həm də nə alındı redface
Elə dadlıydı ki. amma söz vermişəm Jal gələndə bişirən deyiləm. Ancaq sən gəlsən!

Noyabr 9, 2009 16:25

Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha