e110365

Blog Haqqında

e110365

Axtarış

Açar sözlər

səyahət  ədəbiyyat  van-qoq  muzey  kitab  qahirə  misir  uşaq  amsterdam  paris  şəhər  qadın  sina  ətir  tullantı  elçibəy  istehlakçı-hüquqları  dövlətçilik  nil  müharibə  ann-frank  basqal  robespyer  orsi  ay  avropa  iskəndəriyyə  ekskursiya  rəssam  istanbul  mədəniyyət  sərçə  rəsm  aşura  carnavalet  nəsibə-hüseynova  şəki  rembrandt  bulud  bənəniyar  ekologiya  piramida  qogen  konstitusiya  şok-doktrinası 

Sayqaç

İndi blogda: 3
Keçən ayın hiti: 7585
Dünənki hit: 233
Bugünki hit: 326
Ümumi hit: 46427

Jalə ilə

Oktyabr 21, 2009 14:29 Yazar: e110365

Aramini gözləriylə

Rəssam: Arami

- Başım qarışıqdı dünya işlərinə, ruhum heç bilmirəm haradadır bu aralar, deməklə başına nə işlər açıla biləcəyini təxmin edirdin?  

- Edirdim. Çox şeyi təxmin edə bilirəm. Bəzən də yüzə-yüz “görürəm”...Bu, hərdən maraqsız olur - döngədə səni nə gözlədiyini bilmək əyləncəli olduğu qədər də maraqsızdı.   

- Ruhunu çağırsaq...Dünya və onun işləri nə qədər ziyanda olar?  

- Kaş ki, mənsiz ötüşə biləydilər və kaş ki, hansısa bir iş rahatca qarşıma gələydi məcməyidə. Yenə də həmin şey – “Özüm elədim” gücünü hiss etməklə “həmişə elə özüm edirəm” bezikməsi bir-birini əvəz edir.  

- Səninlə virtual tanışlığımızdan 3 il ötür. Sıralarımıza ürkək gəlişin, ilk ismarışların, “burada özümü yad hiss edirəm” deyişin yadımdadır. Bilmirəm, nağılını oxuduqdan sonra səni özümə doğma hesab etdiyimə dair etirafım səni cəsarətləndirdimi, bu haqda heç danışmamışıq, amma ötən 3 il ərzində səndə yanılmadığıma şad olduğumu bilməyini istəyirəm. Yaxşı. Hələ də özünü yad hiss etdiyin mühitlər?   

-Yadımdadı...(kədərlə gülümsəyir) Səni şad etdiyimə şadam...

Nəinki mühitlər, bu mənasız həyat belə mənə get-gedə daha da doğmalaşır. Bəlkə də hər yer bir-birinə oxşamağa başlayıb, ondandı, daha yad yer qalmayıb. Mənmi vecsizləşmişəm? İlk getdiyim yerdə artıq soyuducunu rahatlıqla aça bilərəm və düşünmərəm ki, mənim haqqımda nə düşünəcəklər. Məncə, bu, yaxşı bir şey deyil. Laqeydlik yaxşı şey ola bilməz. Hətta bu günlərdə qardaşlarla aramızda baş verənlərə qarşı dəhşətli bir laqeydlik var içimdə. Gücsüzlüyümün etirafıdırmı bu? Ya soyuqqanlı olmağın göstəricisi? Bəlkə yenə də “görmək” məsələsi – hər şey planlaşdırılıb...? Baş verənlərə həyəcanlanmaqdansa, həqiqi bir dəyişiklik, kiçik olsa belə, görmək, əslində yaratmaq istəyirəm. 


- Eynicinslərarası seksual münasibətləri mövzu edən hər şeyə qarşı adını qoya bilmədiyim bir davranış sərgiləyirsən. Özün nə ad verirsən?  

- Bilmirəm. Onlar mənə iyrənc görünürlər sadəcə. İnsan haqları-filan, şəxsiyyət azadlığını də gələk üstünə, təbii ki, necə yaşamaq hərənin öz işidir. Amma bunu nümayiş etdirmək və mən FƏRQLİYƏM bağırmaq məni iyrəndirir. Get, başını sal aşağı, yaşa da. Sən fərqli deyilsən, ay yazıq, günahkarsan! Buna görə cavab verəcəksən! Əgər bunu xəstəlik kimi götürsək, o zaman, demək, müalicə olunmaq belə istəmirsən. Özünü qanmazlığa qoyanlara qarşı barışmaz münasibətim var. Arsız azlıqların “Allah...” deyə sözə başlaması da məni çox qıcıqlandırır. 

- Sənin heç günahın yoxdur?  

- Çoxdu. Məncə. Günü günahlarla dolu adi bir bəndəyəm də. Bacardıqca qaçmağa çalışıram. Nə qədər alınır, yalnız təxmin edə bilərəm. Bəlkə də heç alınmır...  

- Ekstrovert insansan. Çox danışırsan. Özündən başqa bu xüsusiyyətindən şikayət edən olur?  

- Yox, olmayıb. Görünür, məndən də çox danışanlarla ünsiyyətdəyəm əsasən. Amma çox danışdığım yeri hiss eləyirəm təbii ki. Bəzən heç dayanmaq da istəmirəm. Əhvalıma bağlıdı belə şeylər. Nə qədər sabit adam olsam da.  

- Nə üçün TV-də aparıcı deyilsən?  

- TV-ni sevmirəm ki. Heç vaxt sevmədim. Görünməyi sevmədim. Radiodan xoşum gəlir – olmaq, ancaq görünməmək. Özümü hər gün makiyajda, hər gün belini dik tutub, şax dayanmış, hər an “saçım birdən dağılmış olar” narahatlığı yaşayan, hər gün növbətçi təbəssüm göstərən biri kimi təsəvvür edə bilmirəm. Nə vaxtsa TV-lərimiz azad olsa, o zaman bir müəllif proqramı haqqında düşünə bilərəm və edərəm! Məsələn, ədəbiyyat proqramı. Söz soruşmaq istədiyim çox adam var. Özümə imic də fikirləşərəm, idman üslubu ilə qarışıq bir şey. 

-Şairlərə hər şeyi (!) bağışlayırsanmış. Bilirəm ki, hər nazimə şair demirsən, amma olsun...yenə də...Hər şeyə görə bağışlanmaq haqqına sahib olacaq nə edib ki, bu şairlər?  

- Ruhuma təsir edə bilənlər xüsusi statusdadılar. Dostoyevski “Cinayət və cəza”nın 268-ci səhifəsində mənimlə həmfikir olduğunu söyləyib, yeri gəlmişkən. Bütün istedadlı adamlara özümdən asılı olmadan limitsiz amnistiya tətbiq edə bilirəm. Lap əlindən bir iş gəlmir, amma güclü yumor hissi var. İstəməsəm belə bu baş verir. Bu prosesin qarşısını almaqda acizəm. Bir dəfə bağışlaya bilmədiklərimə bir balaca ekskurs elədim və gördüm ki, onlar xüsusi istedadı olmayan adamlardı hamısı...Qəribə idi...Ədalətsizəm? Axı neyləyim ki, istedadsız, qabiliyyətsiz adamların iddialarını həzm edə bilmirəm...İstifadə edənlər az deyil bu xüsusiyyətimdən. Amma ümid edirəm bir gün tükənəcək onların bu amnistiya hüququ. Məni ən azı özümdən çıxarmağa icazə verməyəcəm onlara. 

-Əgər bu şair anaysa...yaradıcılıq xatirinə övladını sevgidən məhrum edirsə, ona necə bəraət qazandırarsan?  

- Onun bəraəti yoxdur. Hiss edirəm ki, analıq bütün statusların üstündədi. Ana olmaq başqa şeydi və heç bir yaradıcı zövq onu əvəz edə bilməz. Ümumiyyətlə, zövqlər bir-birini əvəz edə bilməz. Həyatda hamısını ayrıca yaşamaq lazımdı. Qadın həm Ana olmaq, həm də yazmaq istəyirsə, olduğundan güclü olmağa məcburdur. Bacarmasa, ən yaxşı halda oxucuları, ən pis halda övladları üzünə duracaq bir gün.  

- Ölümdən sonra yaşamaq istəyənlərə gündəlik tutun, deyirlər. Sən necə yaşamaq fikrindəsən?

- Necə yazılıbsa, elə də yaşayacam. Fatalistəm axı. “Özüm seçdim bu yolu” fikri illüziyadır. Yaşamaq həvəsi verməkdir insana. O, guya nəyisə ÖZÜ edib...Bəlkə İslamı yaxşı bilsəm, başqa cür düşünərəm...  

- Kişi olsaydın... 

- Əgər oğlan olsaydım

Bir qara qız sevərdim

Qaşı qara, gözü qara

Bəxti ağ, özü qara... 

İlk gəncliyimi yaşayan vaxtlarımdı, qızlarla həmişəki kimi hay-huydayıq evdə axşam vaxtı, bədahətən bunu dedim, qara qıza lağ edən ağ qızın cavabında.

Kişi olsaydım...elə kişi olacaqdım da, hamısı kimi...o zaman belə düşünməyəcəkdim...mayam başqa cür yoğrulacaqdı... 

- Qadın olaraq da həmcinslərinin hamısı kimisən məgər?  

- Hə, biz hamımız ilandan qorxuruq.

Ana kodlar var da, qadınların hamısını bir-birinə bənzədən. Təbii fərqlər də var. Amma dərinlikdə biz hamımız oxşayırıq. Bəlkə də eyniyik.   

-Tolstoyun “Hərb və Sülh”ünü baxdıqca gözlərin qaraldığı üçün oxuya bilmədiyini etiraf edəcək qədər cəsarətlisən. Əsərin az qala 1/3-i fransızcadır. (Bu yerdə AmonRa bığaltı gülür: “Ağ eləmə, E!” ) Bu da həvəsləndirmir?  

- Axı mən nə bilim orda fransızca nəsə var. Təəssüf ki, fransızcamın mövcud durumu forslanmağa heç bir əsas vermir. Amma haradasa fransızca sözə rast gəlib onu başa düşmək çox məmnun edir məni.

Yadıma Füruzə xanım düşdü. Univerdə müəllimimiz idi. O danışmışdı bu əhvalatı. Çoxlu kitab oxuyan bir qıza oğlan tapırlar ərə verməyə, qız razı deyil, axır birtəhər görüşə göndərirlər. Qız tez qayıdıb gəlir. Ay qız, noldu?? Bəs o, “Hərb və sülh”ü oxumayıb, mən onunla nə danışa bilərəm?

Ümid edirəm, mənim qarşıma belə şərt qoyulmayacaq.  

- Kitabı almazdan, oxumazdan əvvəl vərəqləsəydin...Sənin “Qırmızı Qutu” adlı hekayənin qəhrəmanı da Nizamiylə Füzulini seçə bilməyən oğlanı rədd etmişdi, elə deyil? Əslində daha ciddi səbəbi vardı.

Çox oxuyan qıza ailə quracağı oğlanı niyə başqaları tapmalı olurlar?  

- Kitablar hər şeyi ideallaşdırır. Pisi də, yaxşını da. Kitablardakı qəhrəmanı bu dünyada çox az adam görüb. Çox oxuyan gördüklərini gördüklərilə deyil, oxuduqlarını gördüklərilə müqayisə edir və insana çox vacib olan ailənin digər sütununu onların arasında görmür. Vaxt keçir, hamının ona yazığı gəlir, sözün birbaşa mənasında. Ona gün ağlamağa çalışırlar. Və namizədlər düzülür boysırasına. Kitab həyatın təsviri olsa da, tamamilə ona qapılıb dünyadan qopmağa dəyməz. İnsanlar kitablardan maraqlıdılar. Amma əvəzində kitablar adamı heç vaxt incitmirlər.  

- Oxunaqlı kitab nədir? Necədir?  

- Oxunaqlı kitab qalın olmayan kitabdır.

Səlis dil. No imla səhvləri. 1-2 yumor hissi güclü olan obraz. Qısa dialoqlar. Və təbii ki, mənim maraqlandığım mövzu. Əvvəlki şərtlər olsa belə, məsələn, oğru dünyasından bəhs edən bir kitabı oxuya biləcəyimi təsəvvür eləmirəm.  

- Planlarınla bölüşmək istəyirsən?  

- Son vaxtlar tez-tez eskperimentlər eləmək istəyirəm. Heç vaxt etmədiyim işləri görmək və hansı hissləri yaşayacağımı müşahidə etmək. Üzümü bağlayıb (mütləq!) dilənçilik eləmək, məsələn. Ya da eşq elan eləmək bunu məndən gözləməyən adamlara, virtual və qeyri-virtual. Təsəvvür edirsən, nələr baş verə bilər?

Sadəcə, darıxmamaq istəyirəm bu payız... 

- Təsəvvür edirəm, amma qəbul etmirəm belə oyunları. “Le fabuleux destin d`Amelie Poulain” adlı filmə baxmısan?  

- Baxmamışam...

Ehh, bilirəm ki, onsuz da etməyəcəm bunları. Hər hansı bir addımı atmamışdan öncə qarşındakı adamı düşünməyə məcbursan. Bundan sarsılan olar, “sözü zarafatda deyərlər” düşünən də...görürsən, o qədər də vecsizləşməmişəm...kimin nə düşünəcəyini düşünə bilirəm hələ ki... 

- Mütləq bax. Vecsizləşdiyinə inanmadığım üçün o filmin adını çəkdim.  Məncə, sən Amelie olmaq istəyirsən.

Səncə “ruhçağırma seansı”mız uğurlu oldumu? 

- Əlbəttə. Burada ən azı iki gözəl ruh vardı... 

- Çox sağ ol. Maraqlıydın.  

- Sən sağ ol. Işdən-gücdən vaxt ayırdın bu söhbətə. Sualların da maraqlıydı. Çox düşünmədən cavab verə bildim. Eyni şeylərimi düşünürük bu aralar?  

- İlk müsahibimdən bu sözləri eşitmək çox xoşdur. Görək, uşaqların da xoşuna gəlsə, bu layihəyə digər dostlarımızla davam edərik. Təkcə bu aralarmı..?  

-...Nə əcəb sevgidən heç nə soruşmadın? Daha dəb deyil? 

- Oynamıram. Sualları mən verirəm axı.

(Hər ikisi kədərlə gülümsəyir)



Ruhçağırma seansları | Şərhlər(34) | 451 baxış


1
R. yazıb:

Maraqlıydı. J. çox səmimiydi bu müsahibədə... Mən onu bu drəcədə təsvir eləmirdim. yazıları olmasa, J-ni ancaq həyatda gördüyümə əsasən anlatsam, mənə elə gəlirdi ki, onun kimi adamda heç vaxt dəlilik tutmaları (arzu halında belə) olmur, şox ağlı başında biridir və sanki bunun da həmişə belə olmasını istəyir...
Sən demə, ağıla qulaq asmaq kimi ağıllı xüsusiyyəti varmış (Allah bizə - dostlarına veməmiş ki...)
Çox sağ ol, E. maraqlı danışdıra, J-nin tanımadığımız yönlərinə işıq sala bilmisən.

Oktyabr 21, 2009 15:48

2
e110365 yazıb:

Sabahınız xeyir, uşaqlar!

Rəbiqədən başqa bəyənən olmadı ruhçağırma seansımızı? Nə deyim...

Oktyabr 22, 2009 8:22

3
R. yazıb:

Bu gün AmonRanın salamlarını çatdırıram (hələlik, o gecikir, amma səlahiyyətli nümayəndəsi olaraq, mən bunu onun adından edə bilərəm). Və bir halda ki, ra-nın nümayəndəsi olmaq şərəfinə layiq görülmüşəm, o zaman deyim ki, onun dab müsahibəni bəyənəcəyi mütləqdir. Sadıəcə, hələlik, oxumaq imkanı olmayıb...
E, özün necəsən? Ruhun necədir?

Oktyabr 22, 2009 9:22

4
e110365 yazıb:

Daha keçib, R., zəhmət olmasa cənab Raya de ki, quru salamla iş aşmır, biz dadlı-duzlu şərhləri timsalında özünü gözləyirik.

Kəramətin günündəyəm, R..
3P mənə şirin yuxular diləyir, xəbəri yoxdur ki, mən hələ də əynimdə önlük mətbəxdəyəm.
Nə ruhu?!! İnsanda ruhmu qalar?!!

Oktyabr 22, 2009 11:06

5
Şəms EL yazıb:

Gözəl müsahibə idi. E və J`yə təşəkkürlər!

Əslində bütün cavabları oxuyanda gülümsədim. Sanki bilirdim bütün cavabları və demək olar ki, gözlədiyim kimi oldu hamısı. Maraqlıdır...

Oktyabr 22, 2009 12:38

6
J. yazıb:

E-yə bir daha təşəkkürlər.
Oxuyanlar da sağ olsunlar.

R, J da adamdı grin

Oktyabr 22, 2009 16:12

7
Nino yazıb:

Rebigenin sayesinde men de veten çayxanasindaki çayin digerlerinden fergli etrini, dadini duya, ag gilas adi altinda çehrayi gilasa heyran ola bildim. Ve ozu xatirlayirsa, Jale hagda burda yazdiglarini orda mene canli-canli demishdi. Razilashmamishdimsa da, dinmemishdim o zaman. Ne de olmasa men yeniyem, yadam, demek hele heç ne bilmirem. Indise hagli oldugumu gordum. Men Jaleni , o necedirse, ele de taniya bilmishdim...
Ay dolgunmu, parami? Bunu bilen sualima cavab tapsin:- Jale men gorduyum kimimi, Rebige tanidigi kimi?
E, elaydi. Shablon media musahibelerinden gozel zamanda xilas etdin bizi. "Musahibe" deyilen sheye regbetim artdi açigi...

Oktyabr 22, 2009 16:13

8
filosof yazıb:

Müsahibəyə görə E.yə də J.ya da təşəkkürlər.

Jaləni bir az daha yaxından (və əslində bir qədər qeyri-tipik rakursdan) tanımaq imkanı qazandıq.
Müasir ədəbiyyatın forması, əxlaq barədə fikirlərini xüsusi ilə bəyəndim. Istedadlara hər şeyi keçmək fkrindən başqa.)

Oktyabr 22, 2009 18:30

9
e110365 yazıb:

Sabahınız xeyir, dostlar! Həftənin son iş günü uğurlu olsun.

ŞEL, xoşdur. Şair necə deyib? - Sağlığında qiymət verin insanlara.
Həm gözlədiyin kimi, həm də maraqlı? Nəsə düz gəlmir axı.

Nino, mən bu qızlara Qadın Klubunda görüşməyi təklif edəndə, deyirlər yox e, biz elə yerlərə getmirik. Yaxşı ki, yazdın, məni nəyin gözlədiyini bildim.
Mənim tanıdığım R. insanları tanıya bilmir. Ona görə yox ki, onlar əsl simalarını gizlədirlər, sadəcə o özü dəyişməz dəyişkənliyi sayəsində qiymətləndirmədə yanılır. (R., etiraz etmə!)
J. göründüyündən daha ucadır.
Bir halda ki müsahibə xoşuna gəlib, etiraz etməsən, sənin də ruhunu çağırarıq.

Xoşdur, Filosof.
Şadam ki, müsahibə ürəyinizcə olub.

Bir müşahidəmi bölüşüm hamınızla. İki həftə əvvəl bloqum Azeriblog-un ana səhifəsində reklam olundu. (3P buna ehtiyacın olmadığını düşünsə də. )
Nino, Ana Panda və Fərhad məni dost elan etdilər. Sağ olsunlar. Hər birinə çox təşəkkür edirəm.
Məntiqlə ziyarətçi sayı artmalıydı. Əksi görünür. Bir nəfər də əlavə şərhçi qazanmadım.
Sonra bu sayğaclar...Gələn ziyarətçi siyahısında Praqadan daxil olanlar olduğu halda Çexiyanın bayrağı nədənsə gözə dəymir.
Statistikaya az olan güvənim lap sarsıldı.

Oktyabr 23, 2009 8:32

10
R. yazıb:

Deyərəm, E. Amma mən də onu az-az “görürəm”... Sadəcə, sizdən bir az çox (ilahi, bu özünü fövqəladə dərəcədə öznəmli və imtiyazlı saymaq və bununla qürrələnmək kimi axmaq vərdişi nə vaxt tərgidəcəm mən?).
J, az qala düşünürdüm ki, sənin də qanadların var...
Nin, R-in bir sürü qüsurları arasında ən böüyüyü, yəqin ki, yaddaşsızlığıdır... Təəssüf, xatırlamıram. Amma təxmin edirəm... (gilası və çayı demə, buabrıçılıq idi, çoxdandı kəklikotulu və limonlu çay içib sevinclə, ürəkdən söhbət edə bilmirəm -))) Bir də, qurban olum, razılaşmayanda da dillən... yoxsa dəli olacam öz-özümə danışmaqdan... Tanımadan sev insanı, tanıya-tanıya sev - mənim şüarım budu sevgidə...
Qadın Klubu? Adı xoşuma gəlmir – qadın-kişi bölügüsünü süvmirəm, amma maraqlı olar... mən razı... E, Nino seçimi mənə buraxdı, sən daha ağıllı ol və bunu heç vaxt eləmə))) J. Bu məsələdə çox haqlıdır – mənim yerimə özü qərar verir, ya da şikayətlənmir.))
R. insanları sevir, E... Bəzən lazım olmayan dərəcədə çox... amma sevir – bəzən peşman olsa da...
Mənim ruhum yaxındadı))) J deyiləm mən...
Əşşi, statistikanı sevmirəm mən. Belə şeylərə fikir vermə. Az olsun, keyfiyyətli olsun de...

Oktyabr 23, 2009 9:17

11
Şəms EL yazıb:

Maraqlı olan bilirsən nədir? Gözlədiyim kimi olması. Yəni mən J`ni beləmi yaxşı tanıyıram?

Oktyabr 23, 2009 10:03

12
Nino yazıb:

Shabalid, en maraglisi bilirsen nedir? E'den musahibeni kim goturecek? J., demeyin. Deyishik cutluk olsun. Axir vaxtlar eyni adamlari eyni mekanda gormekden yoruldug açigi. Teze mehebbet yoxmu? -)) ( Dushunmeyin ki, ozumu ireli iteleyirem, esla! )

R., dillenim? Sizin yaninizda gulag asmag isteyen yoxdur ki... Haminiz danishirsiz.-)) Men de bir çereklik pauza tapan kimi sozumu demeye çalishiram. Xatirlamamagin da ne oz dediyini, ne de sene deyilenleri dinlememeyindendir. Incisen sozlerimden xetrime deymish olacagsan...
E, Qadin Klubu megsedile bashga addan istifade etsek olmaz? R. haglidir bu adi sevmemeyinde, mence. Bu yaxinlarda forum kafesiyle bagli belke bir teklifde de bulundum. Hamisi derslerimden asilidir.
Mence perakendeliye son goymag megsedile E'sayagi kafeye ehtiyac var. Virtual amma. -))

Oktyabr 23, 2009 14:03

13
Şəms EL yazıb:

E`dən müsahibəni Ra götürsün.

Oktyabr 23, 2009 14:34

14
Nino yazıb:

Eynitipli adamlarin bir-birlerinden musahibe almasi maragli olmur. Filosof gotursun, isteseler eger...

Oktyabr 23, 2009 14:42

15
3P yazıb:

Narahat olmayın, mən bron eləmişəm...-)

Oktyabr 23, 2009 14:51

16
Nino yazıb:

Mehemmedhesenemi?
Sen çox gocasan. Maragsiz olar musahibe.

Oktyabr 23, 2009 14:55

17
J. yazıb:

Məncə də Filosof...
Filosofdan Rəbiqə...
Rəbiqədən Ami
Amidən Cavidan
Cavidandan Ninoş
Ninoşun bəxtinə özüm düşürəm))))

3P-dən HAMIMIZ!

Baxın da
Bəlkə hər kəsin bir gözaltısı var özü desin.

Oktyabr 23, 2009 14:59

18
e110365 yazıb:

R,
Mən kəmiyyət deyil, məntiq axtarırdım. Tapmadım. Nino haqlıdır. Artıq biri-birimizin nə deyəcəyini təxmin edəcək hala gəldik.

Nino,
Mən qadın hamamından qaçmış biriyəm. Yəni təsadüfən kəşf etdiyim qadın klubunda rəfiqələrlə süfrə arxasında söhbət etmək üçün, oranın təmizliyi və sakitliyi xaricində xüsusi bir səbəb yoxdur.
Forum? Xoşbəxtlikdən mən o məkanla bağlarımı tamamilə qopardım. Odur ki, kafenin taleyi artıq məni maraqlandırmasa da, mövzuların davam etdirilməsinə ehtiyac duymanıza ancaq şad olaram. Dostlara məndən salam söyləyin. Maraqlansalar, yerimi də deyə bilərsiniz. Mavi Gözlü Divdən Gözəl Baboşa qədər hər birini sevgiylə xatırlayıram.

ŞEL,
Kəskin nişançısan.

J.,
Əzizim, sənin etdiyinə “bişmiş aşa su tökmək” deyirlər.
Oyun oynamırıq ki. Ayrıca bir bölmə açdım. Məkan mənim olduğuna görə ruhunu səsləmək istədiklərimi özüm seçmək haqqına sahibəm. Onlar da qəbul və ya rədd etmək haqqına.
Onun xaricində kim, kimdən, harda, nə alıb-verər, öz işidir.
Müsahibəni mən kəşf etməmişəm. Hər kəs arzu etdiyindən almaqda sərbəstdir.

Hamınız sağ olun münasibətiniz üçün.

Hər kəsə xoş istirahətlər!

Oktyabr 23, 2009 15:50

19
e110365 yazıb:

Nino, yuxarıda "sizli" müraciət forumdan burada olan hər kəsə ünvanlanıb ha.
Birdən fikirləşərsən, E yenə "siz"ləməyə başlayıb. (gülümsəyir)

Oktyabr 23, 2009 16:15

20
Nino yazıb:

J.'nin teklifi yeterince maragli, heveslendirici idi. E hemen biçagla dogradi sozlerini...
Razilashmagdan bashga yolumuz yoxdur. Ev sahibesine hormet, sevgi, anlayishdan dolayi yalniz...-)

P.S. E., anladi Nino.-))

Oktyabr 23, 2009 17:21

21
R. yazıb:

AmonRa-dan salam.
Nino, Ağzindanq an iyi gəlir sənin. Təzə məhəbbət? deyim ki, etiraz edirəm və imicimə zərbə vurum. Yoooxx, əgər köhnələrdən daha yaxşı və ən əsası maraqlı olacaqsa, niyə də olmasın. Lənət şeytana, mən axı risqi və dəyişiklikləri sevirəm… ))))) Bilirəm, sən bunu nəzərdə tutmurdun, sadəcə, olmayan kefimi düzəltdi öz zarafatım)))…
Nin, əsas olan bir-birimizin danışmaq istəyinə mane olmamaq və bu istəyi anlamaqdır. Qulaq asmağı da bacarırıq. Bəzən adam istəyir ki, onun öszlərini eşidəndən həmən sonraca unutsun qarşındakı… belə olmayıb heç səndə?.. mən 10 ildir ki, jurnalist işləyən adam kimi qulaq asmağı bacarıram, Nin, məni əksində ittiham edə bilməzsən heç zaman… sadəcə, bir az laqeydliyim ola bilər – yalnız budan şikayətlənə bilərsən… mən planlarımın pozulmasını sevmirəm – hamı üçün ayırdığım vaxt var və istəmirəm ki kimsə bir başqasının vaxtına girsin. Mən eyni anda əlli yerə bölünə bilmərəm axı… İndi də sən inciyəcəksən, amma həyat bumeranqdır, əzizim… (bunu yazdığıma görə kefim ikinci dəfə düzəlir, sənə deyiblər ki, sən çox yaxşı qızsan, Nin? )
Amma Nin, incidiyini bu qədər gizlədərək məhz indi dilə gətirmən təəccüblüdür... mən belə şeyləri anlamıram və anlamaq da istəmirəm. Nəsə səni (mənim dostumu) təmin etmirsə, yerindəcə deməli, izahat istəməli və ya sadəcə, etiraz etməlidir. Sən bunu etmədin...
Nin, Qadın Klubu məsələsində dəstək və kafe ilə bağlı təklif üçün təşəkkür.

Jal, Filosofdan müsahibə götürsəm, sizə maraqsız olacaq. Çünki O, pərəstiş etdiyim birisini çox xatırladır…

Təklif edirəm: E-dən müsahibəni Arami götürsün…
E, sənin “Artıq biri-birimizin nə deyəcəyini təxmin edəcək hala gəldik” fikrihn məni çşox ağrıtdı. Deyəsən, realdakı dostlarımla da bu vəziyyət yaranır. Depressiyam da bəlkə, bununla bağlıdır... Qadın klubunu qəbul etdim. Dediyin səbəbə görə…

Oktyabr 24, 2009 11:30

22
rafael_guitarist yazıb:

Salam E ve digerleri!

Men de oxudum maraqliydi musahibe chox - en chox musahibenin sonu xoshuma geldi "- Oynamıram. Sualları mən verirəm axı." smile
Hech bilmirdim ki burada musahibe kechirilir - kash ki, o vaxt Cafe110365`de olandan bashlayardi - ora da qoyulardi smile


Bir sualim da var E - Jale ile musahibede shekli var yuxarida - Arami chekib- her musahib uchun onda yeqin ayrica shekil chekilecek, he? Ve onu musahibin xarakterinemi deyim, ya tebieti - yani ona uygun chekilir?

Teshekkurler evvelceden

Oktyabr 24, 2009 16:21

23
Nino yazıb:

Menim marmelad Rebigem...
Incimemishem. Incik kimi danishmag imicimdir, bunu hemishelik yadda saxla. Ve "incimisenmish" deyib incitme meni. Mene xosh idi sizi dinlemek. Ozumun ne deyeceyimi gozel bildiyimden heç danishmaga hevesim yoxdur açigi. Ozum ozume tek galdigda maragliyam ancag. Sizin yaninizda sizi duymag mene lezzet verir. Sendense heç incimerem. Kulekden hara esdiyini sorushmazlar...

Raaf, Arami mail gonderib ve bildirib ki, o shekil heç bir giza ( aramizdan) benzemir. Chunki sarishindir.

Oktyabr 24, 2009 22:17

24
rafael_guitarist yazıb:

Nete qoshulan kimi qachdigim bloglardan da biri buradi :-) Geldim ki, cavab var E`den? Nino, teshekkurler cavaba gore smile Novbeti musahibeni gozleyirem maraqla

Oktyabr 25, 2009 14:56

25
Yolçu yazıb:

Salam, millət.
Demək ki, orada tanıdığım ruhlar burada toplaşırlarmış indi smile. Səsinizin virtual yansımasını yenidən eşitmək gözəl oldu.

Oktyabr 26, 2009 15:13

26
e110365 yazıb:

Axşamınız xeyir, dostlar!

Arami E-nin ruhunu səsləyib (http://www.fa-ig.com/blog.php) artıq, R. Çətin ki bunu bir daha etsin.
Yaxında görüşəcəyik səninlə.

Raaf!!!
Hardaydın?
Mən hər müsahib üçün cənab Aramiyə bir şəkil sifariş etmək istəyirəm, amma bilmirəm o bunu qəbul edəcəkmi...
Hər ay üçün bir ruh çağırma seansı nəzərdə tutulur. Noyabr Aramicə olacaq.

Yolçu, xoş gəlmisən!!!
Səni burada görmək nə gözəl.

Hər kəsə uğurlu iş həftəsi və xoş istirahətlər!

P.S. Uşaqlar, mən bu həftə AmonRalıq etmək, yəni işlə əlaqədar olaraq sizinlə arzu etdiyim qədər vaxt keçirə bilməmək məcburiyyətindəyəm. Cismim olmasa da ruhum sizinlə olacaq.

Oktyabr 26, 2009 18:34

27
rafael_guitarist yazıb:

E, salam!!!
Maraqli teklif vermisen :-)

Div gelir bura mence - demishdi ki, "men o qizi chox isteyirdim" :-) Yeqin ki, oxuyur, sherh yazmir sadece
Men - modem xarab idi evde, ishden de elave saytlara chox girmirem duzu - ona gore davamli baxa bilmirdim bloglara

Yolchu, ne gozel salamladi hamini grin grin grin

Oktyabr 27, 2009 1:19

28
R yazıb:

Salam hamıya və xüsusən də bu məkanda yeni gördüklərimə...
E, sevindim.
Amma Noyabr mənim ayımdı axı, Arami inciməz... Oktyabr onun atı idi... Ədalətli olaq)))
J niyə görünmür?

Oktyabr 27, 2009 9:39

29
e110365 yazıb:

Axşamınız xeyir, dostlar!

Divlərin ən sevimlisi, düzmü deyir Raf? Çox istəmirsən məni daha?

R., ədalətli olmaqsa...Femida əlimə su tökməyə yaramaz, bilirsən...
Səni və Yolçunu həyatımıza gətirən ayda Araminin ruhunu səsləmək üçün haqqında susmağı üstün tutduğum səbəbim var.
Anlayışlı olsan və inciməsən, məni şad edərsən.
J.? Küləkli günlərdə öz bloqundan yaxşı məkan olmadığı üçün.

Oktyabr 27, 2009 17:47

30
arami yazıb:

Sharafli E, "ruhchaghirma seanslari" ideya kimi muvaffaq bir ideyadir. Ilk tacrubadan goerunduyu kimi Siz bunu yaxshi bacarirsiniz. Bu, artiq jurnalistlarin aldighi musahgiba deyil, nasa bashqa bir janrdir. Albatta, har bir seans uchun bir qeyri-iradi rasm pis olmazdi. Amma adi gedan dostlar bundan inciyarlar. Balka da bu rasmi ozlarina qarshi hormatsizlik kimi basha dushan da olar. Bu sababdan xahish ediram agar rasm olmasini zaruri saysaniz, bu ishi ozunuz edin. Rasmlarimizi ozunuz cizin. Ilk olaraq manim rasmimi ciza bilarsiniz. Hansi qiyafa va uslubda olursa olsun, incimak fikrim yoxdur. Kichik yashlarinda Siza "Nu, poqodi, zayats" tasvirli oyun alinib. Ona gora da hala ushaq vaxtindan Sizda ranglar va cizgi rasmlarila baghli fantaziyanin oldughuna shubha etmiram.
Sondsa qeyd etmam lazim ki, Sizin bloqunuzda maariflandirici va etik tamayul goeruram.

Oktyabr 27, 2009 21:15

31
R yazıb:

R kimi Hamıdan daha tez etiraz edən, amma hamıdan da daha tez yola gələn ikinci adam tanııyırsınızmı?
Razılaşdım)))

Oktyabr 28, 2009 10:18

32
e110365 yazıb:

Salam, uşaqlar.

Arami, hər zamankı kimi nəzakətlisiniz. Yaxşı...Bir halda ki, könüllüsünüz, ilk portreti sizdən köçürməyə cəhd edəcəyəm.

R., etiraf edirəm - sənin kimisini heç tanımadım.

Oktyabr 28, 2009 17:47

33
e110365 yazıb:

Salam!

İşgüzar həftə başa çatdı. Gələn həftə daha çox bilrikdə ola biləcəyimizə söz verirəm.

Hər kəsə xoş istirahətlər!

Oktyabr 30, 2009 17:29

34
Şəms EL yazıb:

Hələlik, E`can! Səbirsizliklə gözləyəcəm.

Oktyabr 30, 2009 17:50

Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha