e110365

Blog Haqqında

e110365

Axtarış

Açar sözlər

səyahət  ədəbiyyat  van-qoq  muzey  kitab  qahirə  misir  uşaq  amsterdam  paris  şəhər  qadın  sina  ətir  tullantı  elçibəy  istehlakçı-hüquqları  dövlətçilik  nil  müharibə  ann-frank  basqal  robespyer  orsi  ay  avropa  iskəndəriyyə  ekskursiya  rəssam  istanbul  mədəniyyət  sərçə  rəsm  aşura  carnavalet  nəsibə-hüseynova  şəki  rembrandt  bulud  bənəniyar  ekologiya  piramida  qogen  konstitusiya  şok-doktrinası 

Sayğac

İndi bloqda: 3
Keçən ayın hiti: 7585
Dünənki hit: 233
Bugünkü hit: 324
Ümumi hit: 46425

free counters

Elif Şafak. Siyah Süt

Fevral 4, 2010 13:39 Yazar: e110365

Siyah Süt

Bu kitabı iki dəfə satın aldım - ikisində də hədiyyə etdim. Əslində sahib olduğum kitabları çətinliklə kiməsə hədiyyə edə və ya oxumaq üçün verə bilirəm, amma bu iki hal istisna idilər. Sonra isə...elə hadisələr baş verdi ki, kitabın uğurlu olduğuna dair inancım möhkəmlənmiş oldu. 

Aşağıda kitabdan bir parçanı təqdim edirəm. Müəllifin hamiləliyinin 25-ci həftəsində qızına yazdığı məktubdur bu.      

e110365

Davamı...

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | Şərhlər(4) | 58 baxış
kitab ədəbiyyat 

27 Yanvar

Yanvar 27, 2010 11:35 Yazar: e110365

Məktub № 4–ün yazıldığı tarixdir.  

Bu günədək yazılmış 100 (əslində gizlədilənlərlə birgə 106) yazıda hey özümdən və əhatəmdəki insanlardan bəhs etdim.

Yazıçı, üstəlik, yaxşı yazıçı olmağa namizədliyi yüksək zövqlü ədəbiyyat biləndəri tərəfindən irəli sürülmüş birinin buna ixtiyarı varmı, varsa, bu, nə qədər təqdirəlayiqdir, bilmirəm.  

Mən “yazıçı”, üstəlik, “yaxşı yazıçı” adını xəyal belə etməmişəm, etmirəm. Yaxşı insan olmağa isə etirazım yoxdur. Bacarsam. Yəni kömək etsəniz. Axı deyirlər, sevgi öyrənilir. (gülümsəyir)  

AmonRa, “çapıq”larıyla birlikdə sevə bilərsənmi?

Salam, dostlar! Böyük gündə xoş gördük!



Café110365 | Şərhlər(8) | 119 baxış

Jalə üçün xoşbəxtlik formulu

Yanvar 25, 2010 17:55 Yazar: e110365

“Avropa Gündəlikləri” qanayan yaram.

Oxucu indeksli yazmaq nə pismiş, balam.  

Oxuculardan biri başını bulayır - guya kişilərin diqqətini çəkmək üçün hamam xalatına bürünüb, vannanın kənarına əyləşmişəmmiş! O biri deyir, sönükdür, əşşi, yazma, pahoo, nə məcburdur!!?

Parisə gedəcəyimi bilən biri "Carnavalet" Muzeyinə gedib insan dərisiylə cildlənmiş konstitusiyanı tapmağımı, imkan varsa, şəklini çəkməyimi istəmişdi. Az getdim, uz getdim, dərə-təpə düz getdim, tapdım o muzeyi. "Carnavalet" - Paris Tarix Muzeyi. Luvr, Orsi, Notr-Dammı qarış-qarış, pillə-pillə gəzdikdə sonra mən elə bitab haldaydım ki, o konstitusiyanı tapıb, şəklini çəkən kimi rədd olacaqdım Parisdən. Nə biləydim fransızların ingilis dilində danışmaqdan imtina etməkləri azmış kimi, girişə “audiotur” cəhənnəm, heç ingilis dilində bir kitabça qoymaq zəhmətinə də qatlaşmadıqlarını. Suluqlamış ayaqlarımı o salondan bu salona sürükləyərək, qızına elçi gələcəyini öyrənən kasıb ananın qonşulardan yığdığı əşyalar kimi hərəsi bir dərədən toplanmış, əksəriyyəti haqda məlumatın yerləşdirilməyib, yerləşdirilənlərin də ancaq fransız dilində olduğu bu muzeydə gözlərimə tanış ad dəydimi - Emil Zolya, Robespyer kimi - bir sevinirəm, gəl görəsən! 

Carnavalet Museum

Davamı...

Café110365 | Şərhlər(8) | 93 baxış
paris carnavalet muzey konstitusiya 

Shel Silverstein. Forgotten Language

Yanvar 22, 2010 18:01 Yazar: e110365

Once I spoke the language of the flowers,

Once I understood each word the caterpillar said,

Once I smiled in secret at the gossip of the starlings,

And shared a conversation with the housefly

in my bed.

Once I heard and answered all the questions

of the crickets,

And joined the crying of each falling dying

flake of snow,

Once I spoke the language of the flowers...

How did it go?

How did it go?



Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | Şərhlər(6) | 85 baxış

...

Yanvar 20, 2010 10:01 Yazar: e110365

qerenfil

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | Şərhlər(2) | 43 baxış

Bir gündəliyin tarixi

Yanvar 13, 2010 10:38 Yazar: e110365

Dünən Mip Gizin 100 yaşında vəfat etdiyi xəbərini oxudum. Kimdirmi? Amsterdamda yaşayan yəhudi qızı Ann Frank və onun ailəsini 2 il müddətində ərzaqla təmin edərək, nasistlərdən gizlədən dəstənin üzvü.

Mən Ann Frankla tanış olanda yaşıd idik. Ədəbiyyat dərsliyimizə salınmış “Ann Frankın gündəliyi”ni oxumaqla başlayan tanışlıqdan bu günə hey yaşlandım, o isə öldüyü 15 yaşında qaldı.

Ann Frank

Gündəlikdən çox təsirlənmişdim. Özüm də yazırdım, əlbəttə, amma bunların nə vaxtsa oxunacağını, üstəlik, tarixi əhəmiyyət kəsb edə biləcəyini xəyal belə etmədən. O vaxt heç ağlıma da gəlməzdi ki, oxuduğum gündəliyin orijinalını görə biləcək, fotolardan tanıdığım otaqlarda dolaşacaq, Annın Piterlə birlikdə göyüzünü seyretdikləri çardaqda oturacaq, öz otağının divarlarına yapışdırdığı açıqcalara, qəzetdən kəsilmiş şəkillərə baxacağam.

Sevgilimlə görüşmək üçün getdiyim Amsterdamda uşaqlıq dostumun bir vaxtlar yaşadığı ünvana baş çəkməyə bilməzdim.

Davamı...

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | Şərhlər(12) | 217 baxış
ann-frank muzey səyahət amsterdam 

Bənəniyar sindromu və ya Hər şey Aşuradan necə başlayıb

Yanvar 9, 2010 9:54 Yazar: e110365

Kərbəla Müsibəti bitmədi. Bitmək bilmir. Hər gün Dünyanın harasındasa yenidən yaşanır. İmam Hüseyn bayraqdarı Əbülfəzl Abbas, Yusif Sadıqov cismində 1990-cı ilin 19-cu yanvar gecəsində Bakıda yenidən qollarını itirir. Hətta qollarını itirməklə qalmır…ondan qalan yalnız sağ qolu olur. Əliəkbərlər, hürlər, həbiblər, qasımlar, abdullalar...hər gün əzab içində ölürlər. Səbəb?

Davamı...

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | Şərhlər(1) | 70 baxış
bənəniyar aşura 

Böyüməyən ağaclar ölkəsində

Noyabr 12, 2009 10:10 Yazar: e110365

Yaşamaq həzin şey

Böyüməyən ağaclar ölkəsində

Başını əllərinin arasına alıb

Zamansız arzularını boğmaq,

pöhrə əhatəsində oturmaq.

Yaşamaq...Guya...

Böyüməyən ağaclar ölkəsində

Yaşılın hər çalarına düşmən,

sevdiyin bu şəhər

yaşılın paytaxtıdır bu il

və bütün sakinləriylə yad.

Davamı...

Şaquli nağıllar | Şərhlər(8) | 174 baxış

  Yazılar cəmi: 105    Sonrakı səhifə »